2022 Yaz və Yay Sezonu – Gözəllik Trendləri

Hazır olun, çünki 90’lara geri qayıdırıq! Necə deyərlər #BackToBasics!

Gözəllik sektoru elədir ki, hər sezon moda həftələrində köhnə illərdən mütləq nəyisə podiumda yenidən trend olaraq görürük. Amma bu sezon sanki bütövlükdə “geridönüş” sezonu olacaq. Pandemiya sonrası azadlıq və əyləncə xəyalları sezona canlı rənglər, darıxdığımız günlər və sənət əsəri təəssüratı bağışlayan stillərlə imzasını atıb. Milleniumun başlarında sevilən trendlərin yenilənərək qarşınıza gəlməsi ümid edirik zövqünüzü oxşayacaq. Wishlist’iniz və #tbt-ləriniz hazırdırsa, başlayaq!

Ortadan Ayrılan Saçlar

Ən incə darağınızı indidən yaxın saxlayın, çünki bu sezon çox ehtiyacınız olacaq. Gen Z belə ortadan ayrılan saçları sevdi. Elə buna görə də, çarpaz və digər ayırma stillərinizi bir müddətlik rəflərdə gizlətməli olacaqsınız. Düzdür, bu saç stili hər zaman istifadə edilirdi, lakin Gen Z tərəfindən ciddi mühakimələrə məruz qalmışdı. Lakin son moda həftəsində Chanel’dən Prada’ya bir çox brendin nümayişindən anladığımız üzrə bu simmetrik və zərif ayırma stilini yeni sezonda çox görəcəyik.

Street Style – September 2021 New York Fashion Week

Coperni : Runway – Paris Fashion Week – Womenswear Spring Summer 2022 

TRESemme x Staud – New York Fashion Week

Diqqətçəkən Saç Aksessuarları

Sezonun ən canlı məqamlarından biri məhz saç aksessuarlarındakı çeşidlilik olacaq. Həm Nyu-York, həm də London nümayişləri sübut etdi ki, bu yaz kraliçatək hiss edəcəyiniz taclar, həştəqlərin haqqını verəcək 90’ların ən ikonik geri dönüşlərindən olan böyük və parlaq aksessuarlar saçlarınızı bəzəyəcək!

FENDI Men’s SS22-backstage images

Tory Burch Spring 2022

Simone Rocha Spring 2022

Tom Ford – Spring/Summer 2022 New York Fashion Week

Klassik Qırmızı Dodaqlar

Şübhəsiz ki, qırmızı dodaq boyası heç vaxt dəbdən düşmür, amma onun populyarlığında “dalğalanmalar olmur” desək, yalan olar. Bu dəfəki dalğa isə sizi zirvəyə aparacaq gücdədir. Parlaq, ya mat heç fərq etməz. Əsas odur qırmızı olsun! Zərifliyin ilkin əlamətlərindən olan “rouge” bu sezon da zövqünüzü oxşamaq üçün trendlərin arasındadır.

Michael Kors – New York Fashion Week 2021

Saint Laurent at Paris Fashion Week 2021

Makiyaj var, ya yox?

Gözəllik trendləri heç də Marsdan belə görünəcək rənglərdən ibarət deyil. Moda həftəsində bütün bu rəngarəngliklə yanaşı modellərin demək olar ki, makiyajsız olduğu nümayişlər də gördük. Əvvəlki sezonda olduğu kimi, bu yaz-yay sezonunda “no makeup makeup”dan yararlana bilərsiniz. Yüngül teksturalı tonal və ya bb krem, ya da sadəcə ehtiyacınız olan hissələrə tətbiq edilmiş konsiler sizi trenddə saxlaya bilər. Təki dodaq parıldadıcınızı unutmayın, rəngsiz olsa belə!

PatBO – 2021 – New York Fashion Week

PatBO – 2021 – New York Fashion Week

Parıltı və Metallik Aksent — özü də Milleniuma yenidən girirmiş kimi!

Modellərinin üzündəki heç də kiçik olmayan parıltılı qaşlardan, zərif holoqrafik işıltılaradək, saysız nümayişlərdə sezonun parlaq metallik aksentini gördük. İşıltılı eyforiyadan ilham alan gözlər və dodaqlar göstərir ki, bu sezonun parıltı barədə sloganı “Go-Big-or-Go-Home”dur. Alatoranlığın yaraşıqlı şəhzadəsi Edvard Kalntək parıldamağa hazır olun, çünki zərdə heç vaxt standart ya da limit olmur!

Etro  – Milan Fashion Week – Spring / Summer 2022

Blumarine  – Milan Fashion Week – Spring / Summer 2022

Tom Ford – Spring/Summer 2022 New York Fashion Week 

Heç Neonsuz da 90’lar Olar?

Moda həftəsində ənənəvi “smoky eye”lar, ənənəvi qara laynerlər görməyə öyrəşmişik. Amma bu yaz/yay sezonun ən ikonik toxunuşlarından biri gözlərdəki cəzbedici neonlar idi. Canlı rənglərin göz qapaqlarınızı boyaması bir fəsil uzaqdadır. Neon dalğasına indidən hazır olun!

Proenza Schouler – Spring/Summer 2022 New York Fashion Week

Chloe: Paris Fashion Week – Womenswear Spring/Summer 2022

Parlaq Dodaqlar

Parıltı sadəcə saçlar ya gözlərdə deyil, həm də dodaqlarda indidən öz yerini tutub. Sezonun ən sadə, amma bir o qədər zərif toxunuşu olan parıldadıcılar sizi 90’ların sonu, 2000’lərin əvvəlinə geri qaytaracaq. Meyvə qoxulu parıldadıcıların auranızı yeniləməsinə indidən icazə verin. Bu sezon nəm görünüşü sadəcə dodaqlarınıza deyil, makiyajınızın ümumi ab-havasına qatsanız, əmin olun uduzmayacaqsınız!

Giambattista Valli:  Paris Fashion Week – Womenswear Spring Summer 2022 

Nina Ricci – Paris Fashion Week – Spring/Summer 2022

Bu trendlərdən sizin ən çox sevdiyiniz və ya yolunu gözlədiyiniz hansıdır? Fikirlərinizi bizimlə bölüşməyə çəkinməyin…

Bir cavab yazın

Your email address will not be published.