6 dəriyə qulluq səhvi səyahət planlarınızı alt-üst edə bilər

Başla
8 dəqiqəlik məqalə

Gəlin dürüst olaq: Bəzən gözəllik və deriye qulluq prosedurlarımızı səyahət edərkən yaddan çıxarırıq. Qulluq çantamızı yığarkən tənbəllik edirik. Əvəzində gün işığı görməyən kitab və 50 cüt paltarlarımızı götürürük. Gündəlik təmizləmə və nəmləndirmə rutinlərindən isə imtina edirik. Bu məqalədə sizə səyahət zamanı ən çox rast gəlinən dəriyə qulluq səhvlərinin siyahısını hazırlamışıq.

#1: Üz təmizləmə məhsullarının əvəzinə makiyaj təmizləmə salfetlərindən istifadə

Hamımız çox rahat olduqları üçün üzümüzü yaş salfetlərlə təmizləyirik. Lakin, evə qayıdanadək bir çox dəri problemləri ilə üzləşirik 😣 Üz təmizləmə prosesini bir göz qırpımında həll etsək də salfetlər üzümüzü tam təmizləmir və düzgün dəriyə qulluq metodu sayılmır. Əksinə dərinin qoruma baryerində mövcud olan lazımi yağları da silib aparır. Bu da daha sonra deriye qulluq və dərinin özünü bərpa etmə prosesini çətinləşdirir. 

#2: Uçuşdan əvvəl və ya uçuş zamanı duzlu qida yemək və spirtli içki içmək

Uçuşdan öncə duzlu qidaların və içkilərin qəbulu dəridə şişkinliyə və nəmsizliyə səbəb olur. Təyyarə kabinində olduğunuz zaman isə bunun üzərinə hündürlüyü, aşağı rütubət dərəcəsini, hava təzyiqini də gəlin. Beləliklə quru, nəmsiz, solğun və şişkin dəri üçün reseptiniz hazırdır. Tövsiyyə edərdik səyahət zamanı meyvə, tərəvəz, duzsuz ləbləbi yeyəsiniz. Spirtli içkiləri isə su ilə əvəz edə bilərsiniz. 

#3: Üzə və deriye qulluq alətlərinin unudulması

Asan bir şəkildə üz dərisinin bərpasını və deriye qulluq etmək istəyirsiniz? “Gua sha” daşlarından və “facial roller” kimi alətlərlə dərinizdəki şişkinliklərdən, yorğunluqdan və dəri sallanmalarından qurtula bilərsiniz. Alətlərdən 1-2 dəqiqə istifadə etsəniz dəri artıq mayeləri atmağa başlayacaq və beləliklə şişkinliklərdən azad olacaqsınız. Qan dövranı sürətlənəcək, dəri yenidən parlaq və canlı olacaq. 

#4: Deriye qulluq rutinindən tamamilə uzaqlaşmaq

Tətilə çıxan sizsiniz, qulluq rutininiz deyil. 😁 Davamlı olaraq qulluq rutininə riayət etmək dərinizin parlaq və canlı olmasını təmin edəcək. Səyahət edərkən dəriniz fərqli hava şəraiti, uçuşlar, duzlu qidalar və spirtli içkilərə görə daha da həssaslaşır. Nəticədə dəri səpgilərlə, qıcıqlanmalarla və nəmsizliklə üzləşir. 

Səyahət edərkən özünüzlə deriye qulluq məhsullarının səyahət ölçülərini aparmağı və qulluq alətlərinizlə birgə nəmləndirici kağız maskalarını və serumları tətbiq edib dərinizi extra nəmləndirməyi məsləhət görürük.   

#5: Uçuş öncəsi dərini yetərincə nəmləndirməmək

Təyyarənin hava şəraiti çox quru olduğu üçün uçuşdan bir gün öncə, həmin gün və bir gün sonra daha çox nəmləndirici məhsulların istifadəsi vacibdir.

Məsələn, uçuşdan öncə nəm deriye qulluq ilk öncə serum ilə başlamalıdır. Daha sonra isə üzərindən qatı teksturalı nəmləndirici krem tətbiq edin. Bununla da siz dərinin dartılıb qıcıqlanmasının qarşısını alacaqsınız. Daha quru dəriyə sahib xanımlara isə bir gün öncədən gecə kremi vura bilərlər. 

#6: Tropik və rütubətli zonalarda göz makiyajından çox istifadə

Tropik, rütubətli və ya isti bir yerə gedirsinizsə, ağır göz makiyajından imtina etməniz yaxşı olar. Tərləmə, hovuz, çimərlik və günəş vannası səbəbilə bəzən suya davamlı olmayan göz makiyajınız axıb gözünüzü qıcıqlandıra və hətta iltihaba səbəb ola bilər. Əslində yalnız suya davamlı maska və layner istifadə etməyiniz kifayətdir. 

Bəs siz səyahət edərkən yuxarıdakı dəriyə qulluq səhvlərdən hansını etmisiniz? Nəticədə dərinizdə nə kimi problemlərlə üzləşmisiniz? Şərhlərinizi gözləyirik.