Qaxda gəzməli yerlər

Başla
2 dəqiqəlik məqalə

  1. ULU KÖRPÜ – İlisu kəndinə gedən yolda Kürmükçayın üzərində yerləşir. 18-ci əsrdə inşa edildiyi güman edilir.
/Users/user/Downloads/WhatsApp Image 2019-07-16 at 10.18.00.jpeg
  1. SUMUQ QALA – İlisu kəndinə gedən yolda yerləşir. 18-ci əsrə aid tarixi abidə sayılır. “Qorxma mən səninləyəm” filminin bəzi səhnələri burada çəkilmişdir.
/Users/user/Downloads/WhatsApp Image 2019-07-16 at 10.27.49.jpeg
  1. QALAÇA VƏ YA ŞAMİL QALA – İlisu kəndində Yazlıq dağının üstündə yerləşir. 19-cu əsrdə ruslar tərəfindən tikilib. Məqsəd isə Şeyx Şamilə qarşı aparılan əməliyyatlarda müşahidə aparmaq idi. Qala hündürdə yerləşir və qalaya gedən yol dağın dik yamacından keçir. Uşaqlar ilə qalxmaq çətin ola bilər.
/Users/user/Downloads/Qalacha.jpg
  1. KÜRMÜK KİLSƏSİ və ya AYA SİTAYİŞ MƏBƏDİ – Şəkidən Qaxa aparan 1-ci Biləcik kənd yolunda yerləşir. Vaxtilə burada yerləşən Alban kilsəsinin 12-ci əsrdə tikildiyi güman edilir. Hal-hazırkı kilsə isə 19-cu əsrdə ruslar tərəfindən inşa edilib, müasir dövrdə isə bərpa olunub. (Aşağıdakı videoya baxa bilərsiz).
  2. RAMRAMAY ŞƏLALƏSİ – İlisu kəndində yerləşir, hündürlüyü 25 m-dir.
/Users/user/Downloads/2017_Yay_Vikidüşərgəsi_-_Qax_-_İlisu_-_Ramramay_şəlaləsi_-_4.jpg
  1. MAMIRLI ŞƏLALƏ – Qaxın Ləkit-Kötüklü kəndində, sıx meşədə yerləşir, hündürlüyü 15 m-dir.
/Users/user/Downloads/407550629.jpg