Zaqatalada gəzməli yerlər

Zaqatalanı yaxından tanımaq, onun tarixi və hekayəsini bilmək üçün yaxın oturun. Çünki bu məqalə sizə Zaqatalanı heç görmədiyiniz tərəflərini göstərəcək.

  1. ZAQATALA QALASI – 1830-cu ildə tikilmiş və gözətçi-müdafiə rolu oynamışdır. Qalada toplarla təchiz olunmuş qarnizon saxlanılırdı. “Yenilməz Batalyon” filmi burada çəkilmişdir.
45_big.jpg
  1. QALA DÜZÜ + DƏDƏ QORQUD MEYDANI
41508120_516196945511203_1377630916473520128_n.jpg
  1. ZAQATALA ALBAN MƏBƏDİ – Kilsənin IV-V əsrlədə qədim Albaniyada tikildiyi güman edilir. Şəhər mərkəzində yerləşir. Kilsə baxımsız olsa da əzəmətli görsənir.
Church_of_Zaqatala_2-2.jpg
  1. PƏRİQALA – Qalanın tikilmə tarixi bəlli deyil, ancaq Qafqaz Albaniyası dövrünə aid edilir. Qala qaya üzərinə oyulmuş və indiyə qədər ilkin görünüşünü saxlamışdır. Qala rayon mərkəzindən 14 km məsafədə olan Yuxarı Çardaxlar kəndində yerləşir. Qalaya aparan yol sıldırım qayalardan keçdiyi üçün təhlükəlidir ancaq aşağı hissədən qalaya yaxşı görüntü var.
FcKY9HGbzx0hIxdSYq8XBveM98mo11.jpg
  1. ÇİNGİZ/CİNGÖZ QALA – Rayon mərkəzindən 7 km məsafədə Car kəndində yerləşir. Müdafiə məqsədli gözətçi qalası kimi nəzərdə tutulsa da zamanla ev kimi də istifadə olunub. Qala üzərindəki yazılarda 1175-ci ildə inşası qeyd edilsə də, XVI əsr abidəsi kimi qeydiyyatdan keçirilmişdir. 
Unknown-3.jpg
  1. KATEX ŞƏLALƏSİ – Ölkənin ən gursulu şəlaləsi sayılır. Şəlalə Balakən rayonuna aid edilsə də, Zaqatala qoruğunda yerləşir. Şəlalənin hündürlüyü 15-20 m-dir. Bura aparan yolun böyük hissəsini maşınla getmək mümkün olsa da, şəlaləyə gedən son 500 m-lik yolu piyada getmək lazım olacaq.
welale.jpg

Bir cavab yazın

Your email address will not be published.